Kürdəmir yolunda sürət artırıldı

Kürdəmir yolunda sürət artırıldı
  14 May 2016    Oxunub:2742
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.
Azəravtoyol ASC-dən AzVision.az-a verilən xəbərə görə, müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.

AzVision.az


Teqlər:






Xəbər lenti