Azərbaycan çempionatı başa çatdı

Azərbaycan çempionatı başa çatdı
  15 May 2016    Oxunub:1737
Bu gün Bakıda bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatı yekunlaşıb.
AzVision.az xəbər verir ki, bu gün gimnastlar yeniyetmələr yaş kateqoriyasında (2001-2003-cü il təvəllüdlü) dörd hərəkətlər üzrə medallar uğrunda mübarizə aparıblar.

İplə hərəkətlərdə birinci yeri Veronika Qudis tutub, gümüş medalı İlahə Məmmədova, bürünc medalı isə Zöhrə Ağamirova qazanıblar.

Halqa ilə hərəkətlərdə qızıl medalı İlahə Məmmədova qazanıb, ikinci yeri Zöhrə Ağamirova, üçünü yeri isə Darya Farşbafşəhriyari tutublar.

Topla fərdi hərəkətlərdə birinci yeri Darya Farşbafşəhriyari tutub. Sonrakı yerləri müvafiq olaraq Zöhrə Ağamirova və İlahə Məmmədova tutublar.

Gürzlər ilə hərəkətlərə Azərbaycan çempionu İlahə Məmmədova oldu. Sonrakı yerləri müvafiq olaraq Zöhrə Ağamirova və Darya Farşbafşəhriyari tutublar.

Yarışlar ənənəvi Qala-konsertlə başa çatıb. Ümumilikdə çempionatda 21 idmançı çıxış edib. Onlar həm böyüklərin (2000-ci il və daha böyüklər), həm də yeniyetmələrin (2001-2003-cü il təvəllüdlü) proqramlarında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport", "Spartak", "Sərhədçi" klubları, həmçinin Gəncə və Kürdəmiri təmsil ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti