Ermənilər ABŞ-ın Qafqaza marağından narahatdır

Ermənilər ABŞ-ın Qafqaza marağından narahatdır
  24 İyul 2013    Oxunub:1303
Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici subyektlərə yardım məqsədi ilə dövlət xərclərini 20 %-dək azaltması ilə bağlı narahatlığını bildirib.
AzVision.az məlumat verir ki, bu planın Amerikanın Ermənistan və Dağlıq Qarabağa yardım proqramında necə əks olunacağı məlum deyil. Güman edilir ki, bəzi proqramların maliyyələşməsi iki dəfə azaldıla bilər.

ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib ki, təşkilat Amerika konqresmenləri ilə danışıqlar aparır. Çünki Ermənistana və Qarabağa yardım proqramları “strateji regionda ABŞ-ın maraqlarını göstərir və buna görə də onların kəsirləri səhv addımdır”.

“ANCA qarşıdakı maliyyə ilində Ermənistana ildə 50 milyon dollar, Dağlıq Qarabağa isə 5 milyon dollar ayrılmasını tələb edəcək. Bundan başqa, Amerikanın Gürcüstana ayırdığı 10 % yardım ermənilərin məskunlaşdığı Gürcüstanın Samsxe-Cavaxetiya regionunda yeni iş yerlərinin açılması üçün yönəlməlidir. Həmçinin ermənilərin köçürülməsinə dəstək, digər milli azlıqlara və Yaxın Şərqdə etirazlardan əzab çəkən ölkələrə humanitar yardım və vəsait ayrılması lazımdır” – məlumatda bildirilib.

ANCA-nın siyasi tələblərinə Amerikanın Azərbaycana qarşı silah embarqosunun sərtləşdirilməsi də daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti