Sonra qonaqlar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Hazırda Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb.
Görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

***
Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüş Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz bir araya gələcəklər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


