Müdafiə naziri gürcü həmkarı ilə görüşüb

Müdafiə naziri gürcü həmkarı ilə görüşüb
  15 May 2016    Oxunub:1269
Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Z.Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.

Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın Müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:






Xəbər lenti