`Ermənistan Azərbaycana da 12 bal verəcək` - Millət vəkili

`Ermənistan Azərbaycana da 12 bal verəcək` - Millət vəkili
  15 May 2016    Oxunub:32975
“Dünən başa çatan “Eurovision” yarışmasında Ermənistan özünü Rusiya qarşısında tam ifşa etdi”.
AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib.

Deputat sosial şəbəkədəki hesabında qeyd edib:

“Rusiya hesabına mövcud olan forpost dövlət böyük qardaşının nümayəndəsinin ifasına 2 bal verməklə ona öz dostluğunun əsl qiymətini verdi. Ermənistan sadaqətli dost olmadığını, daima güclü yanı axtardığını bir daha sübut etdi. Şübhə etmirəm ki, nə zamansa Ermənistan Azərbaycana da 12 bal verəcək. Dostluq üçün yox, bizim etibarımızı qazanmaq üçün.

Rusiyaya 12 bal verməklə Azərbaycan cəmiyyəti qonşu dövlətə münasibətə yüksək önəm verdiyini və bunun əvəzində heç nə ummadığını söylədi. Birinci dəfə deyil ki, Azərbaycan Rusiya təmsilçisinə yüksək bal verir. Onun bu ilki nümayəndəsi Sergey Lazarevin “You Are the Only One” (Sən yeganəsən) mahnısı və səhnə tərtibatı doğrudan da diqqəti çəkən idi. Mən də onun hesabına səs göndərdim”.

AzVision.az


Teqlər:  





Xəbər lenti