`Azərbaycanla İran dost, qardaş ölkələrdir` - İlham Əliyev
Dövlətimizin başçısı İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirdi.
Nazir Mahmud Höccəti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O, son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını dedi.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


