Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir
Onun sözlərinə görə, şirkət Azərbaycanda magistral yolarda, şoselərdə, eləcə də şəhər yollarında hərəkəti izləməyə imkan verən müxtəlif radarlar, yol ötürücülərindən istifadə etməyi təklif edir.
C.Fillmor qeyd edib ki, şirkət hər bir avtomobil və zolağın yüklənməsi barədə məlumat almağa imkan verən "SmartSensor HD" yol ötürücüləri təklif edir.
O əlavə edib ki, digər "SmartSensor Matrix" ötürücüsü siqnal idarəetmə sistemlərində və yol hərəkətinə nəzarət üzrə digər metodlarda istifadə olunur: "Bu ötürücü nəqliyyat vasitələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verir, hətta proqnozlar və hesabatlar təqdim edir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


