“Beşiktaş” Türkiyə çempionu oldu

“Beşiktaş” Türkiyə çempionu oldu
  16 May 2016    Oxunub:1664
Türkiyə superliqasının qalibi bəlli olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” bu gün öz meydanında “Osmalıspor”a qalib gələrək yarışın bitməsinə bir tur qalmış çempionluğu təmin edib. Bu, “qara-qartallar”ın 14-cü çempionluğu olub.

“Beşiktaş”la eyni vaxtda onun ən yaxın izləyicisi “Fənərbaxça” da növbəti matça çıxıb. İstanbul təmsilçisi “Gənclərbirliyi”nə qalib gəlsə də, çempion ola bilməyib.

Çempionatın bitməsinə 1 tur qalmış “Beşiktaş”la ikinci pillədəki “Fənərbaxça” arasında 6 xallıq fərq yaranıb (müvafiq olaraq, 79 və 73).

“Beşiktaş” – “Osmanlıspor” - 3:1
Qollar: Marselo, 21, 24, Qomez, 48 - Vebo, 74

“Antalyaspor” – “Trabzonspor” – 7:0
Qollar: Ömər, 18, 49, 79, Çarles, 22, Makun, 37, Etame, 51, 62

AzVision.az


Teqlər:





Xəbər lenti