Qeyd edək ki, Murad Telman oğlu Mirzəyev 2-5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrupu ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeni bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
.jpg)
.jpg)
.jpg)
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


