3251 azərbaycanlı Misirə səfər edib

3251 azərbaycanlı Misirə səfər edib
  16 May 2016    Oxunub:1413
2014-cü ildə 3251 azərbaycanlı turist Misirə səfər edib. Bu, 2010-cu ilə müqayisdə iki dəfə çoxdur.
AzVision.az-ın məlumatına görə bunu Misir Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri bildirib.

Şokrinin sözlərinə görə, Bakı-Şarm əl-Şeyxi aviareysi açılandan sonra Misirə səfər edən Azərbaycan vətəndaşlarının sayının artacağı gözlənilir.

Şöbə rəhbəri qeyd edib ki, azərbaycanlılar əsasən qış aylarına Misirə səfər etməyə üstünlük verirlər.

Ümumilikdə isə Misirə gedən azərbaycanlıların sayı iki dəfə artıb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti