Milli Qəhrəman daha bir medalla təltif edilib

Milli Qəhrəman daha bir medalla təltif edilib
  16 May 2016    Oxunub:4997
Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti, mayor Samid İmanov "Qızıl Ulduz" medalı ilə təltif edilib. Onun medalı bu gün atası Gülağa İmanova təqdim olunub.
AzVision.az xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində baş tutub.

Qeyd edək ki, İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb.

O, 1998-ci ildə Neftcala rayonunun 1-saylı orta məktəbi bitirib və həmən il Ali Hərbi Məktəbə daxil olub, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib.

Samid İmanov Göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılıb.

Şəhid zabit Samid İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti