Azərbaycan niyə Rusiyaya 12 xal verdi?

Azərbaycan niyə Rusiyaya 12 xal verdi?
  16 May 2016    Oxunub:9388
“Eurovision-2016” başa çatsa da, müsabiqə ətrafında müzakirələr davam edir. Ukrayna təmsilçisi Camalanın Avropanın ən mötəbər mahnı müsabiqəsində birinci olmasında siyasi məqsədlərin olduğu bildirilir.
Ekspertlər hesab edirlər ki, Camalanın qələbəsi Avropanın Rusiyaya siyasi mesajıdır.

Müsabiqə zamanı Azərbaycan 12 xalını Rusiyaya, Rusiya isə maksimum xalı Ermənistana verib.

Ermənilərin bu dəfə 12 xalı Rusiyaya yox, Fransaya verməsi ciddi müzakirə predmetinə çevrilib. Hesab edilir ki, Ermənistanın Rusiyaya 2 xalq verməsi aprel döyüşləri ilə əlaqədardır.

Ölkəmizin qonşu Rusiyaya niyə 12 xal verməsi də müzakirələr sırasındadır.

Millət vəkili Tahir Rzayev AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Rusiyaya 12 xal verməsi təbiidir. Deputatın sözlərinə görə, bizi Rusiya ilə uzunmüddətli dostluq, qardaşlıq əlaqələri birləşdirir.

“Doğrudur, müəyyən məsələlərdə Rusiya Azərbaycanın mövqeyindən çıxış etmir. Amma, Azərbaycan xalqı Rusiyanı özünə qardaş bilir. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə deyib. Ona görə də biz heç vaxt ruslara qarşı düşmən mövqedə olmamışıq.

Ermənilərin tarixi keçmişi xəyanətlərlə doludur. Kim onlara çörək veribsə, həmişə arxalarından vurublar. Harada yerləşiblərsə, oranı özlərinə dövlət elan ediblər, xalqları əziblər. Ermənilərin “Eurovision”da Rusiyaya qarşı xəyanəti gözlənilən idi. Bu hal birinci dəfə baş vermirdi”.

T.Rzayev vurğulayıb ki, ermənilərin harada yaşamasından asılı olmayaraq, onlar hər zaman xəyanətkar olublar: “Onlara qucaq açan Azərbaycan xalqına xəyanət ediblər. Eləcə də yaşadıqları bütün ərazilərdəki xalqlara xəyanət ediblər. Xəyanət bu xalqın genetikasında var. Yarışmanın səsverməsi zamanı baş verən hal xəyanətin bir formasıdır. Ermənistan bu addımı ilə göstərmək istədi ki, Rusiyanın dedikləri ilə oturub-durmur, Dağlıq Qarabağ münaqişəsinin həllində guya müstəqil siyasət yeridir. Əslində belə deyil. Ermənilər oyun oynayırlar”.

Millət vəkili hesab edir ki, yarışmada Ermənistanın Rusiyaya az xal verilməsinin özü həm oyun, həm də xəyanətdir: “Ermənilər bu addımları ilə guya obyektiv mövqe sərgilədiklərini bəyan edirlər. Əslində bu belə deyil. Hesab edirəm ki, əsl qardaş qardaşını satmaz. Bu gün yarışmada Rusiyaya səs verməyən ermənilər, sabah Rusiyanı satacaqlar. Bir az Rusiya zəifləyən kimi Ermənistan Qərbə üz tutur. Çünki, ermənilər hər zaman qoltuqda gəzən xalqıdır. Azərbaycanın mövqeyi hər zaman açıqdır. Yarışmada da reallığa səs verilib”.

T.Rzayev vurğulayıb ki, “Eurovision”da siyasi motivlərin olması reallıqdır: “Bu yarışmanın siyasi mötivlər əsasında keçirilməsi günün reallığıdırı. Dünya siyasətlə idarə olunur. Bütün idman oyunları, mahnı müsabiqələri, digər tədbirlər dövlətlər tərəfindən siyasiləşdirilir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti