AFFA Mənsimovun klubuna lisenziya vermədi

AFFA Mənsimovun klubuna lisenziya vermədi
  16 May 2016    Oxunub:2581
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda 2016-2017-ci il mövsümündə UEFA-nın klub və “Premyer Liqa” yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Zirə” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Zirə” FK, Sumqayıt FK.

Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyib. Bunu nəzərə alaraq, aşağıdakı qərarlar qəbul olunub/

1.Klublara çatışmazlıqları aradan qaldırmaq üçün əlavə olaraq 14 gün vaxt verilsin. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix 30 may 2016-cı il müəyyən olunsun.

2. Son tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək.

3. Sənədlərdə olan çatışmazlıqlar müəyyən olunmuş son tarixədək klublar tərəfindən aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmazsa, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq AFFA-nın İcraiyyə Komitəsinə təqdim edəcək. Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti