Oğurluq edən ata, oğlu və qardaşıoğlu saxlanıldı - Video

Oğurluq edən ata, oğlu və qardaşıoğlu saxlanıldı - Video
  16 May 2016    Oxunub:3159
Mayın 4-dən 5-ə keçən gecə Samux rayonunun Qırmızı Samux qəsəbəsində şirkətlərin birindən oğurluq hadisəsi baş verib.
Naməlum şəxs və ya şəxslər həmin gecə şirkətdən ümumi dəyəri 4 min manatdan çox olan inşaat materialları oğurlayıblar.

Şirkətin rəsmisi Ruhlan Abutalıbov hadisəni belə xatırlayır: “Səhər müəyən etdim ki, suvarma üçün vacib olan mis kabellər rezin borular və digər qiymətli əşyalar oğurlanıb. Şirkətə kifayət qədər maddi ziyan dəyib”.

Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən sakini 53 yaşlı Cəbaryıl Qasımov saxlanılıb. Onun oğurladıqları daimi yaşadığı Daşkəsən rayonunun Güllübulaq kəndi ərazisində maddi subut kimi aşkarlanaraq götürülüb.



Müstəntiq Əşrəf Yusifzadə deyir ki, həmin şəxs əşyaları oğurladıqdan sonra öz oğlu Qasımov Xaliq Cəbrayıl oğlu və qohumu Qasımov Azər Dəmir oğlunun vasitəsi ilə müxtəlif yerlərdə gizlədiblər: “İstintaq dövründə həmin əşyalar Cəbrayıl Qasımovun evindən aşakralnaraq maddi sübut kimi götürülüb”.

Saxlanılan Cəbaryıl Qasımov əməlini səmimi etiraf edib. O inşaat materiallarını şəxsi təsərrüfatında istifadə etmək üçün götürdüyünü deyib. Əməlinə görə başının dərdə düşəcəyini isə heç ağlına belə gətirməyib: “ Sahədən götürürdüm. Kabeli və rezin borunu evdə istifadə etmək üçün götürmüşəm. Özüm üçün götürmüşəm, satış məqsədim olmayıb”.



Polis eləcə də əldə etdiyi qiymətli əşyaları gizlətməkdə Cəbrayıl Qasımova yardımçı olan oğlu 32 yaşlı Xaliq və 23 yaşlı qardaşı oğlu Azəri də saxlayıb. Hazırda onların digər cinayətlərdə iştirakı araşdırılır. (Region TV)




Teqlər:






Xəbər lenti