`Şəhidlərimizin meyitləri təhqir olunub` - Vitse-spikerdən təklif

`Şəhidlərimizin meyitləri təhqir olunub` - Vitse-spikerdən təklif
  16 May 2016    Oxunub:2754
Cinayət Məcəlləsinə meytlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddənin əlavə edilməsi təklif edilir.
AzVision.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib.

Vitse-spiker bildirib ki, aprel ayında baş verən döyüşlərdən sonra hərbçilərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətələrə yol verildiyi müəyyən edilib:

“Ermənilərin bu vəhşi hərəkəti bütün konvesiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Cinayət Məcəlləsində bununla bağlı müvafiq maddələr yoxdur. Belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləsinə əlavə edilməlidir”.

B.Muradova qeyd edib ki, son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edilib: “Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəyib. Təcavüzlə bağlı cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram. Azərbaycana düşmən dairələrin fəaliyyətində terror aktlarının törədilməsi, onların törədiləcəyi ilə bağlı hədələrin davam etməsi, hətta ən ciddi silahla hədələnməsi faktları hələ də davam edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti