Nümayəndələrimiz Sloveniyada iftar süfrəsi təşkil edib

Nümayəndələrimiz Sloveniyada iftar süfrəsi təşkil edib
  24 İyul 2013    Oxunub:1049
Sloveniyada müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.
Azərbaycan Respublikasının Sloveniyadakı Diplomatik Nümayəndəliyindən verilən məlumata əsasən, Diplomatik Nümayəndəliyin təşəbbüsü və Lyublyana şəhər meriyasının dəstəyi ilə carı ilin 22 iyul tarixində Lyublyana şəhərinin simvolu və qədim tarixi abidəsi sayılan Lyublyana Qəsrində müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.

Tədbirdə Lyublyana şəhərinin meri Zoran Yankoviç, Sloveniyanın Müdafiə Naziri Roman Yakiç, Ədliyyə Naziri Senko Pliçaniç, Sloveniyanın İslam İcmasının Müftisi Nedjad Qrabus, digər rəsmi qonaqlar və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Qonaqları salamlayan ölkəmizin Sloveniyadakı müvvəqəti işlər vəkili Azər Xudiyev, Ramazan Ayının mahiyyəti və bu ayın İslam dünyası üçün vacibliyi haqqında məlumat verib, sürətlə qloballaşan və müxtəlif beynəlxalq təhdid və çağırışlarla üzləşən dünyamızda sülhün, sabitliyin və tolerantlılığın təşviq edilməsi baxımından bu kimi tədbirlərin əhəmiyyətindən söhbət açıb. Eyni zamanda Azər Xudiyev Azərbaycanın bu gün İslam Dünyasında oynadığı rol barədə də danışıb.

Lyublyana şəhərinin meri Zoran Yankoviç bu kimi dini mərasimin Sloveniyada ilk dəfə keçirildiyini və bunun ənənə olaraq hər il keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, bu cür tədbirlərin Qərb və Şərq mədəniyyətlərinin yaxınlaşmasına xidmət etdiyini və eyni zamanda Sloveniya xalqının başqa xalqlara və dinlərə qarşı tolerantlığın nümunəsi olduğunu qeyd edib.

Daha sonra Sloveniyanın İslam İcmasının Müftisi Nedjad Qrabus İslam dininə xas olan ülvi niyyətlər və xoş məramlar haqqında iştirakçılara məlumat vermiş və gələcəkdə bu qəbildən olan tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti