Məktəblərdə 5 günlük dərs həftəsi ləğv olunacaq?

Məktəblərdə 5 günlük dərs həftəsi ləğv olunacaq?
  16 May 2016    Oxunub:4091
Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 günlük dərs həftəsinin ləğvi gözlənilmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, orta məktəblərin yenidən 6 günlük tədris sisteminə keçidi təklif olunur. 5 günlük dərs sisteminin tədris vəsaitini qavramaq üçün yetərli olmadığı göstərilir.

Ekspertlər isə təhsilin müddətinin onun keyfiyyətinə təsir etmədiyini bəyan edirlər. Onların fikrincə, təhsilin müddəti keyfiyyətlə ölçülmür.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:






Xəbər lenti