Prezidentlərin görüşü saat 7-dən sonraya qaldı
Federika Mogerini isə bu dəqiqələrdə “Twitter” səhifəsində yazıb ki, axşam saatlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq.
O, hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün keçiriləcəyi gözlənilir.
Görüşdə Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də iştirak edəcək.
Hazırda XİN rəhbərləri Vyandadırlar.
Eldar Tanrıverdiyev
AzVision.az