O, hesab edir ki, Stokholmda keçirilən yarışda siyasi motivlər daha çox hiss olunurdu: “Musiqi yarışmasını təşkil edənlər əksini ifadə etsələr də, bu müsabiqədə siyasiləşmiş məqamlar kifayət qədər çox idi. Erməni nümayəndə heyətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırması faktiki olaraq böyük bir siyasi təxribat idi. Bizim buna ciddi etirazımız olmasaydı, bəlkə də heç reaksiya verməyəcəkdilər”.
Yarışmada Rusiyaya verilən siyasi mesajlar barədə danışan F.Sadıqov qeyd edib ki, finalda Avropa dövlətlərinin Ukraynaya açıq dəstəyi hiss olunurdu: “Ukraynalı müğənniyə heç bir iradım yoxdur. Yaxşı oxudu. Eyni zamanda öz mahnısında ürək ağrısı ilə keçmiş hadisələri xatırladı. Hesab edirəm ki, burada müəyən siyasi motivlər də var idi. Belə bir vəziyyətdə Krım yarımadası, Ukraynanın Rusiya ilə qarşıdurma münasibətlərini nəzərə alınaraq Camlaya səs verildi”.
F.Sadıqov qeyd edib ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli də mahnısını kifayət qədər yaxşı ifa edib: “Prinsipcə, ona da səs verib, qalib edə bilərdilər. Amma, ona səs verilməməsinin müəyyən pərdəarxası məqamları var. Əgər belə bir müsabiqəni peşəkar musiqiçilər qiymətləndirsəydilər, vəziyyət başqa istiqamətdə cərəyan edərdi. Halbuki səs verənlər peşəkar deyil, müxtəlif ölkələrin ayrı-ayrı dairələrinin nümayəndələri idilər. Ona görə də səsvermə prosesində siyasi məqamların olduğuna şübhə yoxdur”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


