Azərbaycanda PUA-lardan istifadəyə icazə verildi

Azərbaycanda PUA-lardan istifadəyə icazə verildi
  17 May 2016    Oxunub:13316
Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə veriləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilməsində təklif edilib.

Xatırladaq ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir.

Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti