Məktəb direktoruna töhmət verildi

Məktəb direktoruna töhmət verildi
  17 May 2016    Oxunub:1998
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 4 saylı uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.
Bu barədə AzVision.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

"İntizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır", - idarənin məlumatında əlavə olunub.

AzVision.az


Teqlər:






Xəbər lenti