Məmmədyarov Vyanadan Fransaya gedir

Məmmədyarov Vyanadan Fransaya gedir
  17 May 2016    Oxunub:1718
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 19-da Fransaya səfər edəcək.
AzVision.az xəbər verir ki, Elmar Məmmədyarov öncə (yerli vaxtla 09:00-da) fransalı həmkarı Jan-Mark Ayro ilə görüşəcək.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Daha sonra E. Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirlə nahar masası ətrafında görüşəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti