Dövlət qulluğuna qəbul qaydaları dəyişir

Dövlət qulluğuna qəbul qaydaları dəyişir
  17 May 2016    Oxunub:4435
“Hazırda dövlət qulluğuna qəbulla bağlı qanunda müəyyən dəyişikliklər müzakirə olunur”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, hazırda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya elan etdiyi imtahanları aparır və qanunda yeniliklər hələ təsdiq olunmayıb.

Şura sədri qeyd edib ki, dəyişikliklər hələ təsdiq olunmadığından imtahanda iştirak edən keçmiş namizədlər işlə təmin olunacaqlar.

Gultəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti