Mehriban Əliyevadan amnistiya təşəbbüsü

Mehriban Əliyevadan amnistiya təşəbbüsü
  17 May 2016    Oxunub:13601
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Amnistiya aktı təşəbbüsü 28 May Müstqəlillik günü ilə bağlıdır. Z. Əsgərov qeyd edib ki, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq.

Qeyd edək ki, bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti