Parlamentin növbəti iclasının vaxtı bilindi

Parlamentin növbəti iclasının vaxtı bilindi
  17 May 2016    Oxunub:1320
Milli Məclisin yaz sessiyasının növbəti iclasının vaxtı məlum olub.

AzVision.az-ın məlumatına görə, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov növbəti iclasın mayın 20-də olacağını açıqlayıb.

Növbəti iclasda hansı məsələlərin müzakirə olunacağı yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, millət vəkili Mehriban Əliyeva parlamentə "Amnistiya aktı haqqında" qanun lahiyəsinin qəbul olunması ilə bağlı müraciət ünvanlayıb.

İclasda qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti