3 ayda 3 mindən çox ailə boşanıb

3 ayda 3 mindən çox ailə boşanıb
  17 May 2016    Oxunub:2138
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 717 nəfər gələn və 363 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 354 nəfər təşkil edib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti