Azərbaycan 12 illik təhsil sisteminə hazırlaşır

Azərbaycan 12 illik təhsil sisteminə hazırlaşır
  17 May 2016    Oxunub:1688
Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə əlaqədar dərs vəsaitlərinin, proqramlarının hazırlanması üzərində iş aparır.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində dərslərin keçirilməsi məsələləri müzakirə olunacaq, bundan sonra həmin sistemə keçid barədə qərar qəbul ediləcək.

F.Qurbanov qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyi şagirdlərin məktəbdənkənar vaxtda informatika sahəsində biliklər qazana bilməsi üçün informatika sahəsinə xüsusi diqqət ayrılması üzərində iş aparır. Bununla əlaqədar olimpiadalar keçirilir.

AzVision.az


Teqlər:






Xəbər lenti