Azərbaycana qaçaq yolla dərman gətirən dəstə tutulub

Azərbaycana qaçaq yolla dərman gətirən dəstə tutulub
  18 May 2016    Oxunub:1671
İstanbuldan Azərbaycana qaçaqmalçılığı yolu ilə dərman gətirən dəstə saxlanılıb.
AzVision.az Türkiyə mətbutına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Baş Mütəşəkkil Cinayətkarlıq şöbəsinin əməkdaşları dərman qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Ankara, Andana, Hatay, Kastamonu, Koçaeli və Mardində biri suriyalı olmaqla 46 nəfər tutulub. Əməliyyat zamanı aralarında həkim, əczaçı və əczaçılıq anbarının sahibi olan 28 şübhəli nəzarətə götürülüb.

Qrup şəklində fəaliyyət göstərən dəstə təşkilat quraraq bəzi həkimlərin e-resept şifrələrini ələ keçirdikləri, xərçəng, şəkər və hemofiliya kimi xəstəliklərlə mübarizə aparan şəxslərin şəxsi məlumatlarını istifadə etməklə saxta reseptlər hazırlayıblar.

Dəstə həmin dərmanları yüksək qiymətlə qaçaq yollarla Azərbaycan, Suriya, Misir və İraq kimi ölkələrə göndərərək dövlətə 6 milyon lirə zərər vurub.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti