“Eurovision 2014”dən ilk imtina

“Eurovision 2014”dən ilk imtina
  24 İyul 2013    Oxunub:1288
Lüksemburq 2014-cü ildə Danimarkada keçiriləcək Eurovison Mahnı Müsabiqəsindən imtina edəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Lüksemburqun ictimai televiziyası açıqlama verib. Bunun səbəbi kimi də, büdcə problemlərinin və maliyyə çatışmazlığının olması göstərilir.

Bildirək ki, Lüksemburqun İctimai televiziyası musiqi və əyləncəli şoulardan daha çox xəbərlərə üstünlük verir. Eurovison-un kanala ancaq ziyan gətirəcəyini bildirən kanal rəhbərliyi gələcəkdə bu müsabiqədə iştirak etmək niyyətlərinin olmadıqlarını ifadə edib.

Onu da bildirək ki, bu ölkə Eurovision Mahnı Müsabiqəsinin banilərindən biri olub, ilk yarışma 1956-cı ildə Luqanoda keçirilib. Lüksenburq yarışmada 5 dəfə ( 1961,1965,1972,1973, 1983) qalib gəlib. Sonuncu dəfə isə 1993-cü ildə yarışmada “Donnez Moi Une Chance De Te Dire” mahnısı ilə iştirak edib.
Xatırladaq ki, İsveçrədə keçirilən “Eurovison 2013” Mahnı Müsabiqəsindən bir neçə ölkə imtina etmişdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti