`Deyilər toya getmirik, bəs nə ilə dolanırsınız?` - Nazir müavii

`Deyilər toya getmirik, bəs nə ilə dolanırsınız?` - Nazir müavii
  18 May 2016    Oxunub:2577
Vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması prosesindən söz açıb.
O, bildirib ki, bu sahə ən çox vergidən yayınan sahədir: “Keçən ilin oktyabr ayından maarifləndirmə işləri aparırlar. Bu sahədə çalışanlara böyük hörmətimiz var. Amma hər şeyin bir həddi-hüdudu var. İnzibatçılıq zəif idi. Keçən ilin axırlarında şadlıq saraylarına qeydiyyat kitabçaları paylanıldı. Onlar sadələşdirilmiş vergi ödəyiciləri kimi hər rübdə hesabat verirlər. Vergi borcu olan şou-biznes nümayəndlərinin, şadlıq saraylarının hamısının adları açıqlanacaq. Dəfələrlə izahatlara baxmayaraq, yenə də vergidən yayınanlar var və onlar cəzalanacaq. Bəzən deyirlər ki, toy yoxdur, biz batırıq. Biz nəzarət üçün kameralar quraşdırmışıq. Saat 6-dan sonra bəzi şadlıq sarayları həmin kameraları söndürür. Halbuki biz görürük ki, stolların üstü doludur və toy olacaq”.

Nazir müavininin sözlərinə görə, bəzi mətbat orqanlarında gedən məlumatlar həqiqəti əks etdirmir: “Guya şadlıq sarayları böhrandadır və heç bir toy yoxdur Halbuki tək Bakıda yanvar-aprel aylarında 6324 toy olub. Bir müğənniyə 4000 manat vergi hesablanmışdı. Bütün dünyaya car çəkdi ki, mənə 100 min manat vergi borcu yazılıb. Bundan özünün reklamı üçün istifadə etdi. Onu da əlavə edim ki, qazandığı məbləği dəqiq göstərən yoxdur. Aldığı qonorarın məbləğini 20-30-50 manat arası göstərirlər. Biz bunları ictimai qınaq obyekti kimi görmək istəyirik. Bir qrup da yazır ki, mən ümumiyyətlə toya getmirəm. Biz də bu ölkədə yaşayırıq. Toylarda onları görürük. Getmirsənsə, bəs nə ilə dolanırsan? Eləsi var ki, bir ayda 2-3 toyda olur”.

Vergilər Nazirliyinin şou-biznes nümayəndələrinə xəbərdarlıq etdiyini xatırladan nazir müvini onları vergidən yayınmamağa çağırıb.

“Bir çox müğənnilər hərbi geyim geyinib, mahnı oxuyurlar. Biz bunu təqdir edirik. Amma vergini ödəsələr daha çox vətənə xeyir verərlər. Bu, qanunvericilikdə də öz əksini tapıb”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti