Prezident AŞPA-nın fəxri sədri ilə Qarabağı müzakirə etdi
Azərbaycanın ölkəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Rene van der Linden bu əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini dedi.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


