Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verilib

Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verilib
  18 May 2016    Oxunub:1252
Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.
AzVision.az xidmətin saytına istinadən məlumat verir ki, tədbir çərçivəsində Penitensiar Xidmət və Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara həbsxana ərazisində yaradılmış müasir standartlara cavab verən meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti