Bakının mərkəzində su olmayacaq

Bakının mərkəzində su olmayacaq
  18 May 2016    Oxunub:1393
Sabah Bakının bir hissəsində su olmayacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.

Bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  






Xəbər lenti