İsmayıllıda at əti satanlar tutulub
Hadisə yerinə ətraflı baxış zamanı ərazidə cib telefonu tapılıb və araşdırma zamanı onun İsmayıllı şəhər sakini Vüqar Ziliyevə məxsus olduğu müəyyən edilib. Vüqar Ziliyev qaynı, İsmayıllı şəhər sakini Pünhan İbrahimovun həyətində saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakini Süleyman Novruzovun sifarişi ilə İsmayıllı sakini Vüqar Ziliyev və Bakı şəhər sakini Mahal Cəfərov İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən “Qazel” markalı yük avtomobili ilə 10 baş at İsmayıllıya gətirərək Beşik çayının sahilində kəsiblər. Cəmdəklər hissələrə bölünərək Pünhan İbrahimovun həyətinə gətirilib. Onların 5 başının dərisi soyularaq Bakı şəhərinə göndərilib. Qalan 5 başının dərisi soyularkən günahkarlar hadisə yerində yaxalanıb.
At əti yüklənmiş avtomobil Bakının girişdə saxlanılıb. Qanunsuz daşınan ət müayinə üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Müayinələrdən sonra heyvan qidası üçün yararlı olduğu nəzərə alınaraq, müsadirə edilən at əti Bakı Heyvanat Parkına göndərilib.
İsmayıllı Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


