XİN ermənilərin ultimatum xəbərini təkzib etdi
“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşdə Qarabağ separatçılarının iştirakı ilə bağlı təklif heç kim, o cümlədən Ermənistan nümayəndələri tərəfindən irəli sürülməyib”, - H.Hacıyev bildirib.
“Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buna görə də, münaqişə iştirakçısı kimi bütün məsuliyyət erməni tərəfiunin üzərinə düşür”, - XİN mətbuat xidmətinin rəhbəri sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, bu gün Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyan “Ermənistan xəbərləri” portalına müsahibəsində bildirib ki, Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsinin Vyana görüşündə iştirak etməməsinə səbəb Azərbaycanın bunu istəməməsi olub.
AzVision.az