İsmayıllıda 1 nəfər çayda boğulub

İsmayıllıda 1 nəfər çayda boğulub
  19 May 2016    Oxunub:1935
İsmayıllıda çayda boğulan kişinin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Namazgah kəndi ərazisindən keçən Girdiman çayında (ən yaxınlıqdakı məntəqədən 160 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. 1974-cü il təvəllüdlü Kərimli Kamal Rəhman oğlunun cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:






Xəbər lenti