Təyyarə qəzasında iki Ukrayna vətəndaşı sağ qalıb

Təyyarə qəzasında iki Ukrayna vətəndaşı sağ qalıb
  19 May 2016    Oxunub:2475
Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, onlardan ikisinin də vəziyəti ağırdır.

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.

AzVision.az


Teqlər:






Xəbər lenti