Təyyarə qəzasında ölən azərbaycanlı pilot - FOTOLAR

Təyyarə qəzasında ölən azərbaycanlı pilot - FOTOLAR
  19 May 2016    Oxunub:29509
Xəbər verdiyimiz kimi, Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilinib.

Ölkə mətbuatınada yer alan məlumatlara görə, qəza zamanı həlak olan azərbaycanlılar aşağadakılardır.

- Rəşid Şaydanov (Komandir)
- Altay Abdullayev (İkinci pilot)
- Nadir Rzayev (Bort Mexaniki)
- Nazim Əsədullayev (Şturman)
- Firdovsi Əliyev (Bort radist)

Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb.

AzVision.az qəzada həlak olduqları iddia edilən şəxslərlərin ailə üzvləri ilə əlaqə saxlayıb.

Pilot Altay Abdullayevin yaxınları AzVision.az-a onun qəza zamanı həlak olduğunu təsdiqləyiblər: “Amma biz yenə də Altayın geri qayıdacağına ümid edirik” .











Qeyd edək ki, həlak olan şəxslərin siyahısı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələki təsdiq olunmayıb.

Hafiz Əhmədov
AzVision.az

Mövzu ilə bağlı həmçinin oxuyun:
Azərbaycana məxsus təyyarə qəzaya düşdü - Ölənlər var

Qəzaya düşən təyyarədə 5 Azərbaycan vətəndaşı olub

Təyyarə qəzasında 5 azərbaycanlı həlak olub - SİYAHI - FOTO




Teqlər:  






Xəbər lenti