Vyana görüşü, yanan bina və təyyarə faciəsi...

  19 May 2016    Oxunub : 2160
Vyana görüşü, yanan bina və təyyarə faciəsi...
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 18-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Biz Vyanada öhdəlik götürməmişik` - PA rəsmisi (VİDEO)

"Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik". Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

***

Əliyev və Sarkisyan siyasi iradə nümayiş etdirdi - Con Kirbi

"Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminin şərtlərinə əməl etməyə, etimadın möhkəmləndirilməsinə dair vacib tədbirlər görməyə və gələn ay hərtərəfli nizamlanma ilə nəticələnə biləcək danışıqların bərpa olunmasına dair üzərilərinə öhdəliklər götürüblər". Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyana keçirilən görüşünü şərh edərkən bildirib.

***

Arzu Əliyevanın filmi Los Ancelesdə - FOTOLAR
Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın prodüserliyi ilə 2015-ci ildə çəkilmiş "Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin ABŞ-ın Los Anceles şəhərində premyerası keçirilib.

***

TAP Azərbaycanı gücləndirəcək – Dövlət Departamenti

ABŞ Trans Adratik qaz boru kəmərinin (TAP) inşasına başlanılmasını alqışlayır.

***

`İri supermarketlər ərköyünlük edir` - Nazir müavini

“Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda vergi yükü və yoxlamaların sayı kifayət qədər azaldılıb”. Bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.



Aprel döyüşlərində 2000 hektardan çox ərazi işğaldan azad edilib - RƏSMİ

***

Deputatdan ev alanlar üçün `qırmızı işıq` təklifi

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik barədə qanun layihəsi müzakirə edilib.

***

ABŞ-ın Vyana görüşündən gözləntiləri

“Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunda planlaşdırılan görüşü Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə gətirib çıxaracaq”.

***

İlham Əliyev `DQR` nümayəndəsini Vyanada danışıqlara buraxmayıb

`Dağlıq Qarabağda yaradılan separatçı rejimin nümayəndəsi iki gün bundan öncə Vyanda baş tutan görüşdə iştirak etmirdi, çünki Azərbaycan tərəfi bunu istəməyib`. Bunu jurnalistlərlə açıqlamasında Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.



Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR

Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun bürünc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib.

***

Azərbaycandakı insan alveri qurbanları: 9-u azyaşlı qızdır

2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib.

***

Rəsmi Bakıdan Nalbandyana `ağıllı ol` mesajı

16 may 2016-cı il tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilmiş görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir.

***

Azərbaycan və Ermənistana şahmat oyunu təklif edilir - Sarkisyan razılaşıb

FİDE prezidenti Kirsan İlyumjinov federasiyanın eqidası altında Ermənistan və Azərbaycan arasında internet üzərindən şahmat oyunu keçirməyi təklif edib.

***

Azərbaycanda kazinolar açılacaqmı? - Rəsmi açıqlama

“Sahibkarların vergi yükü kifayət qədər azaldılıb və sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılıb”. Bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.



Ağ-qara filmlərimiz rənglənəndə - ŞƏKİLLƏR

Məşhur filmlərimizin çoxu ağ-qara lentə alınıb. Bəzilərinin isə rəngi o qədər solğundur ki, onlara rəngli film demək heç cür alınmır. Bəs Azərbaycanın məşhur filmləri rənglənsəydilər, necə görünərdilər?

***

Roqozin Bakıya gəldi - İlham Əliyevlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Azərbaycanlı ABŞ-da hakim seçildi - Tarixdə bir ilk

Azərbaycanlı hüquqşunas Amerika Birləşmiş Ştatlarında hakim vəzifəsinə seçilib.

***

`Vətən uğrunda ölmək şərəfdir` - Şəhid əsgərin son sözü

Azərbaycan ordusunun şəhid əsgəri Qasımov Teymur Sabir oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

***

Metsamorun gizli əlaqələri üzə çıxarıldı - FAKTLAR

Mərakeş mediası üç Ermənistan vətəndaşının bir ay əvvəl yüksək zənginləşdirilmiş uranı qaçaqmalçılıq yolu ilə Yaxın Şərqə gətirmək və oradakı terror qruplaşmalarına satmaq planı ilə bağlı bir sıra faktları üzə çıxarıb.



Zakir Həsənov: `Ermənilər bizdən qorxurlar`

`Ermənistan atəşkəs razılaşmasını pozur` - Nazir müavini

Ermənistan Azərbaycanın ərazisini işğal etməklə, eləcə də geniş miqyasda etnik təmizləmə aparmaqla Azərbaycana qarşı müharibə və zorakılıqdan istifadə edilməsinə görə tam məsuliyyət daşıyır.

Hazırladı:Elvin Abdulqədirov
AzVision.az

Teqlər: