Azərbaycan Kabilə komissiya göndərir - Açıqlama

Azərbaycan Kabilə komissiya göndərir - Açıqlama
  19 May 2016    Oxunub:2890
“Silk Way” aviaşirkətinə məxsus təyyarənin Kabildə qəzaya uğramasının səbəbləri araşdırılacaq.

Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Bildirilib ki, hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Komissiya üzvlərinin hadisə yerinə getməsi üçün hazırda Əfqanıstan aviasiya qurumları ilə danışıqlar aparılır.

“Beynəlxlaq normalara uyğun olaraq qarşı tərəfdən cavab gəlməlidir. Hələki bu cavab gəlməyib. Hadisə barədə komissiya əraziyə getdikdən sonra ətraflı məlumat veriləcək. Ümid edirik ki, bu gün cavab gələcək.

Ümumilikdə komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq”-deyə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti