Oyuncaqlarla kütləvi namaz qılan oğlan

Oyuncaqlarla kütləvi namaz qılan oğlan
  25 İyul 2013    Oxunub:6060
Hakan Şükür oğlunun namaz qılarkən çəkilmiş şəklini sosial şəbəkədə yayıb
Türkiyə millisinin keçmiş oyunçusu, hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkili Hakan Şükür sosial şəbəkədə oğlunun qeyri-adi foto şəklini yayıb. Şəkildə namaz qılan uşaq arxasındakı oyuncaqları da namaza məxsus hərəkət şəklində düzüb.H.Şükür şəklə yazdığı mesajda özünəməxsus tərzdə zarafatla oğlunun daha çox savaba nail olmaq üçün belə bir addım atdığını yazıb.

“Nə etsin? Evdə heç kim yoxdur deyə ictimai ibadətin savabını qazanmasınmı?”

Qeyd edək ki, İslam peyğəmbəri Hz. Məhəmməd (ƏS) kütləvi namazın fərdi qılınan namazdan 27 qat daha savablı olduğunu deyib.


Teqlər:





Xəbər lenti