Prezident təsdiq etdi

Prezident təsdiq etdi
  25 İyul 2013    Oxunub:1007
Prezident İlham Əliyev Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planını təsdiq edib
Azərbaycan prezidenti İlham Əliyev 2013-cü il aprelin 25-də Bakıda və iyunun 7-də Ştutqartda imzalanmış «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı»nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bu fərmanla Azərbaycan Müdafiə Nazirliyinə göstərilən İş Planının müddəalarının həyata keçirilməsinin təmin olunması tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə ABŞ hökumətini xəbərdar etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti