Birinci xanımın amnistiya təklifi müzakirə olunacaq
MM rəsmisi qeyd edib ki, sabahki iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika günü münasibəti ilə parlamentdə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, Amnistiya aktı 10 minə qədər insanı əhatə edəcək. O, cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


