Birinci xanımın amnistiya təklifi müzakirə olunacaq

Birinci xanımın amnistiya təklifi müzakirə olunacaq
  19 May 2016    Oxunub:2609
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, mayın 20-də keçiriləcək iclasın gündəliyinə 1 məsələ daxildir

MM rəsmisi qeyd edib ki, sabahki iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika günü münasibəti ilə parlamentdə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Amnistiya aktı 10 minə qədər insanı əhatə edəcək. O, cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti