Gələn aydan ipoteka kreditləri bərpa olunacaq
Deputatın sözlərinə görə, artıq bu istiqamətdə iş aparılır və gələn aydan ipoteka kreditlərinin verilməsi bərpa olunacaq.
“Son vaxtlar maliyyə sıxıntıları yaşandığından bu məsələ bir az gecikdi. Bildiyimiz kimi, ölkə başçısının ipoteka kreditlərinin verilməsi ilə bağlı sərəncamı var idi. Bundan əlavə prezident çıxışında Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacağını bildirmişdi. Məndə olan məlumata görə, gələn aydan etibarən ipoteka kreditlərinin verilməsinə başlanılacaq”,-deyə millət vəkili bildirib.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


