MSK İqbal Ağazadənin şikayətini əsassız saydı

MSK İqbal Ağazadənin şikayətini əsassız saydı
  19 May 2016    Oxunub:1300
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin Yeni Azərrbaycan Partiyasının qeydə alınmış namizədi Cavid Osmanovla bağlı şikayətinə baxılıb.
AzVision.az-ın məlumatına görə, İ. Ağazadə şikayətində C. Osmanovun onun xeyrinə imza vermiş seçiciləri imzalarından imtina etməyə məcbur etməyə çalışdığı, seçicilərə təzyiq göstərdiyini, o cümlədən sosial şəbəkələrdə vaxtından əvvəl seçki təşviqatı apardığını iddia edib.

MSK üzvü İllham Məmmədov bildirib ki, araşdırma zamanı C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətdəki iddia təsdiqini tapmayıb.

MSK İ. Ağazadənin C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətini əsassız sayıb. C.Osmanov tərəfindən vaxtından əvvəl sosial şəbəkələrdə seçki təşviqatının aparılması ilə bağlı şikayəti isə baxılması üçün Ağdaş DSK-ya göndərmək barədə qərar qəbul edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti