İlham Əliyev kamerunlu həmkarını təbrik edib

İlham Əliyev kamerunlu həmkarını təbrik edib
  19 May 2016    Oxunub:977
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.
AzVision.az -ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident, Kamerun Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına sülh və tərəqqi arzulayıram".

AzVision.az


Teqlər:  






Xəbər lenti