Bakı rusların ilk beşliyində

Bakı rusların ilk beşliyində
  20 May 2016    Oxunub:2267
Rusiyanın “Travel.ru” saytının məlumatına əsasən, Azərbaycanın paytaxtı Bakı rusiyalı turistlərin yayda istirahət üçün ən çox səyahət etdikləri 5 şəhər siyahısına daxil olub.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, reytinq əsasən iyunun 1-dən avqustun 31-dək turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.

Hazırda rusiyalı turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro - 76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro – 338 AZN).

İlk onluqda Praqa, Minsk, Paris, Riqa, Bakı, Tallinn, Roma, Barselona, Helsinki və London şəhərləri yer alıb.

AzVision.az


Teqlər:






Xəbər lenti