“Dini icmaları siyasiləşdirmək cəhdləri var”

“Dini icmaları siyasiləşdirmək cəhdləri var”
  31 Yanvar 2013    Oxunub:792
“Son vaxtlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdləri var”.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad isgəndərov deyib.
Komitə sədri qeyd edib ki, son vaxtlar rayonlarda baş verən insidentlərlə bağlı monitorinqlər aparılıb, dini icmaların özləri tərəfindən hansısa aksiyada iştirak halları müşahidə olunmayıb.
“Amma müşahidə olunur ki, kimlərsə tərəfindən dini icmaları siyasi insidentlərə cəlb eləmək cəhdləri var, buna qarşı da müvafiq reaksiyalar olur” – deyə bildirib.


Teqlər:  





Xəbər lenti